Haqqımızda
Aura markalı salfetlər ilk dəfə 2006-cı ildə ‘‘Azərsun Holdinq’’in təmizlik məhsulları fabrikində istehsal olunaraq orta-üst və üst seqment istehlakçısının gündəlik və xüsusi gün ehtiyaclarını qarşılamaq üçün rəflərə çıxdı. Qısa zamanda keyfiyyətli və yenilikçi xüsusiyyətləri ilə Aura təsadüfi deyil ki, bu gün istehlakçılar arasında ən populyar və çox axtarılan brendlərdən biri olmuşdur! Məhsullarının istifadə yerləri gündən-günə genişlənir, bu gün insanlarımızın kağız məhsulları istehlakı vərdişinin formalaşdırmasında Aura mühüm rol oynayır.