"Aura" markalı salfetlər ilk dəfə 2006-cı ildə ‘‘Azərsun Holdinq’’in təmizlik məhsulları fabrikində istehsal olunaraq orta-üst və üst seqment istehlakçısının gündəlik və xüsusi gün ehtiyaclarını qarşılamaq üçün rəflərə çıxdı. Qısa zamanda keyfiyyətli və yenilikçi xüsusiyyətləri ilə "Aura" təsadüfi deyil ki, bu gün istehlakçılar arasında ən populyar və çox axtarılan brendlərdən biri olmuşdur! Məhsullarının istifadə yerləri gündən-günə genişlənir, bu gün insanlarımızın kağız məhsulları istehlakı vərdişinin formalaşdırmasında "Aura" mühüm rol oynayır.
"Aura" Azərbaycanın gigiyenik kağız məhsulları istifadəsi vərdişlərində yeni səhifə açmış, istehsal etdiyi hər məhsulda yumşaqlıq, komfort və sağlamlıq bəxş edən bir Azərbaycan markasıdır. Gənc brend olmasına baxmayaraq qlobal markalar ilə rəqabət apararaq sürətlə inkişaf edən "Aura" bu gün rahatlığını düşünən və ailəsini qoruyan Azərbaycan xanımlarının əsas seçimidir!